2021-06-21 15:14

Azərbaycan Prezidentindən Pakistana qətiyyətli dəstək

Azərbaycan Prezidenti İlham Əliyev Pakistan İslam Respublikasının Quru Qoşunları komandanı,  ordu generalı Qamar Caved Bacvanı qəbul edərkən deyib ki,  rəsmi Bakının Kəşmir məsələsində pakistanın mövqeyini qətiyyətlə dəstəkləməsi  ölkələrimiz arasında qardaşlıq əlaqələrinin daha bir nümayişidir: "Azərbaycan xalqı bunu bilir. Biz hər zaman Azərbaycanı kimin dəstəklədiyi və müharibə zamanı bizi kimin dəstəklədiyi barədə mesaj veririk. Ona görə də bütün şəhər və ölkə boyu Pakistan bayraqlarının olması təəccüblü deyil, bunun nəticəsində ölkələrimiz və xalqlarımız arasındakı qardaşlıq güclənəcək. Bildiyiniz kimi, Azərbaycan Kəşmir məsələsində hər zaman Pakistanı dəstəkləyir. Bizim açıq mövqeyimiz dəfələrlə nümayiş etdirilib. Bu mövqe ədalət, beynəlxalq hüquq və qardaşlıq əlaqələrimizə əsaslanır. Biz bütün məsələlərdə qardaşlarımızı dəstəkləməliyik”.

Xəbər lenti


Hava
VALYUTA
InvestAZ
Teqvim
Yuxarı