2021-06-09 17:28

Azərbaycan-Türkiyə münasibətləri dünya ölkələrinə nümunədir

Həyatın ən gözəl anlamı olan dostluq sözlərlə anladılması çətin olan dəyərli bir münasibətdir. Bəşər boyu insanlara bu ülvi hisslərə dəyər vermiş, şailər və yazıçılar dostluq haqqında əsərlər yazmışlar. Dostluq anlamı iki insan arasındakı münasibətdən ölkələr, xaqlar arasında qarşılıqlı anlayışa qədər inkişaf edəndə bu ümumilikdə ümumbəşəri faydaya çüvrilir. Tarixdə bir çox xalqların, dövlətlərin müharibələr zamanı dostluğunu görmüşük. Bu münasibətlər sadəcə həmin dövlətlərin özünümüdafiə məqsədilə özlərinə müttəfiq qazanmasından irəli gəlir. Əsrlər boyu qarşılıqlı etimad, səmimi münasibətlər, yüksək səviyyəli əməkdaşlıq əsasında qurulan Azərbaycan-Türkiyə əlaqələri isə zaman keçdikcə inkişaf edərək bütün dünyaya qardaşlıq nümunəsi kimi nümayiş olunur. Eyni soykökünə,dilə, dinə və mədəniyyətəmalik olması xalqlarımızı həmişə doğma edib, istər sevincli, istərsə də kədərli günlərdə biri digərinin yanında olub. Türk dünyasının böyük oğlu Mustafa Kamal Atatürkün " Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” sözləri tarixən xalqlarımız arasında olan münasibətlərə aydınlıq gətirdisə, ümummilli lider Heydər Əliyevin "bir millət, iki dövlət” kəlamı xalqlarımız arasında münasibətlərin əsil xüsusiyyətinə aydınlıq gətirdi. Azərbaycan 1991-ci ildə müstəqillik qazandıqdan sonra ölkələrimiz arasındakı münasibətlər bu gün hər iki ölkə rəhbərliyi tərəfindən həyata keçirilən düzgün, məqsədyönlü siyasətin məntiqi nəticəsi olaraq daha yüksək səviyyəyə çatmaqda, bir sıra sahələr üzrə isə keyfiyyətcə yeni müstəviyə keçməkdədir.
Azərbaycan və Türkiyə arasında əlaqələrin yüksələn xətlə davamlı inkişafı təkcə bu dövlətlərin deyil, ümumilikdə regionun inkişafına və bölgədə sülhün təminatına mühüm töhfələr verməklə yanaşı, türk dünyasının daha sıx şəkildə bir araya gəlməsini amilini şərtləndirir. Prezident İlham Əliyev bununla bağlı bildirmişdir: "Türkiyə-Azərbaycan əlaqələri, eyni zamanda, bütün türk dünyası üçün də mühüm rol oynayır. Biz türk dünyasının birləşməsi, türkdilli dövlətlər arasında əlaqələrin inkişafı üçün birgə səylər göstəririk".
Ölkələrimiz və xalqlarımız arasındakı isti münasibətlərin inkişafında iki ölkə liderləri arasındakı qardaşlıq, səmimi dostluq münasibətləri də mühüm rol oynayır. Azərbaycanın şanlı qələbəsi ilə bitən və artıq tarixin yaddaşana köçən 30 illik Qarabağ münaqişəsi zamanı Türkiyə Azərbaycanı dəstəkləməklə, Azərbaycan Prezidenti İlham Əliyev beynəlxalq tədbirlərdə qardaş ölkəyə dəstək verməklə beynəlxalq aləmdə siyasi liderlərin nümunəvi münasibətini əsl örnək kimi nümayiş etdirmişlər. Əliyev-Ərdoğan birliyi və həmrəyliyi, dövlət başçılarının bir-birinə "qardaşım” deyərək müraciət etmələri dünya birliyi üçün nümunədir.
Ölkələrimiz arasında münasibətlər siyasi müstəvidə formalaşmaqla yanaşı iqtisadi sahədə də qarşılıqlı əməkdaşlıq əlaqələri çərçivəsində gücləndirilmişdir. Azərbaycan və Türkiyənin mpvcud potensialına uyğun olaraq iqtisadi sferada, xüsusən ticartə dövriyyəsinin həcminin artırılması qardaşlığımızın da qüdrətini artırır. Həyata keçirilən layihələr böyük geosiyasi əhəmiyyəti qaz satışı və nəqlində özünü daha aydın biruzə verir. Əldə olunan razılaşmalar və yeni sazişlərin imzalanması regionun enerji siyasətinin əsas konturlarını müəyyən edən faktorlardan biridir. İstifadəyə verilmiş Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft-qaz kəmərləri ilə yanaşı Avropa İttifaqının, ümumilikdə Qərb ölkələrinin böyük ümidlə baxdığı "Nabukko” qaz kəməri də təkcə Azərbaycan ilə Türkiyə deyil digər ölkələrin də enerji təhlükəsizliyinin təmin edilməsində müstəsna rola malikdir.
Azərbaycan və Türkiyə arasındakı əməkdaşlıqdan, dostluq münasibətlərindən danışarkən hər bir zaman xalqımıza öz mənəvi və siyasi dəstəyini əsirgəməyən qardaş Türkiyənin Vətən müharibəsinin ilk günündən Azərbaycanın yanında olması mesajı ilə xalqımıza və dövlətimizə diplomatik dəstəyini və siyasi arenada qələbəmizə maneçilik törətmək istəyən qüvvələrin qarşısının alınması cəhdlərini vurğulamaq lazımdır. Dünyanı bürüyən erməni terror şəbəkəsinə qarşı mübarizədə dünya birliyi Azərbaycan və Türkiyə arasındakı dostluğun, qardaşlığın şahidi oldu. Bu dəstək təkcə qardaş ölkənin prezidenti səviyyəsində deyil, bütün dövlət strukturları Azərbaycanın qələbəsi üçün bütün sferalarda böyük əzmkarlığında özünü göstərdi.

Vətən müharibəsindəki siyasi dəstək Zəfər Qələbəsindən sonra siyasi müstəvidə yeni istiqamətdə davam etdirildi. İki qardaş ölkənin iqtidar partiyaları olan Yeni Azərbaycan Partiyası və Ədalət və İnkişaf Partiyasının (AKP) əməkdaşlığın, ümumilikdə Azərbaycan və Türkiyə arasında münasibətlərin inkişafının əsasında Azərbaycan Prezidenti İlham Əliyevin böyük rol oynaması Ankara şəhərində səfər zamanı nümayəndə heyətimizin Türkiyə Prezidenti tərəfindən qəbulu zamanı bir daha qeyd olundu. Uzun illər bəri davam edən iki qardaş ölkənin hakim partiyası arasında əməkdaşlıq dövlət və xalqlarımız arasında münasibətlərin daha da inkişafına töhfəsini verəcək. Tarixi Zəfər Qələbəmizdən sonra qardaş ölkənin şirkətlərinin işğaldan azad olunmuş ərazilərdə həyata keçiriləcək layihələrdə yaxından iştirakı iqtisadi münasibətlərimizi yeni mərhələdə inkişaf etdirdisə, YAP və AKP arasında imzalanmış niyyət protokolu iki ölkənin siyasi arenasında müxtəlif istiqamətlərdə yaxınlaşmanın müjdəçisidir. Əldə olunan razılaşmalar iki ölkənin beynəlxalq müstəvidə bir-birinin maraqlarının qorunması, qarşılıqlı təcrübə mübadiləsində inkişaf etdiriləcək.

Ölkələrimiz arasında dostluğu sarsılmaz və əbədi adlandıran Prezident İlham Əliyevin Türkiyə və Prezident Rəcəb Tayyib Ərdoğanın "Bundan sonra güclənən bir Azərbaycan, güclənən bir Türkiyə vardır” ifadələri bir daha ölkələrimiz arasında münasibətlərin bütün dünya ölkələrinə bir nümunə olduğunu sübut edir.

YAP Pirallahı rayon təşkilatının
Aparat rəhbəri İlqam Əskərov
Xəbər lenti


Hava
VALYUTA
InvestAZ
Teqvim
Yuxarı