2021-06-03 09:21

Filippində zəlzələ oldu

İyunun 3-də Filippinin Mindanao adası sahillərində 4,4 bal gücündə zəlzələ baş verib.

AZƏRTACxəbər verir ki, bu barədə Filippin Vulkanologiya və Seysmologiya İnstitutu məlumat yayıb.

Yeraltı təkanların episentrinin Saranqani əyalətindən 144 kilometr cənub-şərqdə, ocağının 129 kilometr dərinlikdə yerləşdiyi bildirilir.

Mütəxəssislərin rəyinə görə, ərazidə təkrar təkanlar gözlənilmir. Dağıntılar və zərərçəkənlər barədə hələlik məlumat yoxdur. Sunami xəbərdarlığı elan edilməyib.

Xəbər lenti


Hava
VALYUTA
InvestAZ
Teqvim
Yuxarı