2021-05-27 12:47

Ermənilər indi nə istəyirlər?

Ekspertlərin fikrincə, ermənilərin rüsvayçı məğlubiyyətdən sonra ötəri də olsa, fəallaşması qarşıdan gələn seçkilərlə bağlıdır. 

" Rusiya prezidenti istəyir ki, bu prosesdə Paşniyanı zəif göstərsin. Bunu bilərəkdən edirlər ki, Paşinyanın erməni cəmiyyətində hörməti düşsün, reytinqi azalsın. Seçkiyə hesablanmış siyasətdir. Həm də hakimiyyətin özünə də bir təhdiddir. Ermənistan rəhbərliyi də bu məsələdən istifadə etməyə çalışır”. 

Başqa bir ekspert isə söyləyir ki, onlar cəmiyyətə nümayiş etdirmək istəyir ki, Nikol Paşinyan və onun rəqibləri hamılıqla vətənpərvərdir. Azərbaycandan qorxmurlar, Ermənistanı müdafiə edirlər. İyunun 20-dən sonra bütün bu fəallıq kəskin şəkildə azalacaq.

Xəbər lenti


Hava
VALYUTA
InvestAZ
Teqvim
Yuxarı