2021-05-26 13:57

Türkdilli dövlətlər Böyük İpək Yolu üzərində

Bu gün  Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda "Böyük İpək Yolu və Türk Dünyası” adlı beynəlxalq elmi konfrans, eyni zamanda təşkilatın təşəbbüsü və dəstəyi ilə ingilis və rus dillərində işıq üzü görmüş "Azərbaycan İpək Yolu üzərində” kitablarının təqdimatı keçirilib.

Tədbirdə Fondun prezidenti Günay Əfəndiyeva təmsil etdiyi qurumun məqsədləri, onun türk dünyasına xas mədəniyyət və irsin qorunması, təşviqi və dünyaya tanıdılması istiqamətində fəaliyyəti və gələcək layihələri barədə məlumat verib. O, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun dəstəyi ilə Böyük İpək Yolu ilə bağlı layihənin həyata keçirilməsindən danışıb, bu layihənin türkdilli xalqların bir-birinə daha da yaxınlaşması, eləcə də ümumtürk mədəni irsinin təbliğ edilməsi baxımından əhəmiyyətinə toxunub.

G.Əfəndiyeva bildirib ki, kitabın nəşri Fond tərəfindən həyata keçirilən "Türkdilli dövlətlər Böyük İpək Yolu üzərində" adlı genişmiqyaslı beynəlxalq layihənin ilkin hissəsidir.

Xəbər lenti


Hava
VALYUTA
InvestAZ
Teqvim
Yuxarı