2021-05-26 13:49

Yağış da gözlənilir, külək də, dolu da

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən  verilən məlumata görə, mayın 26-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gecə və səhər bəzi yerlərdə yağış yağacağı gözlənilir. Arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 15-18°, gündüz 22-26° isti, Bakıda gecə 16-18°, gündüz 24-26° isti olacaq. Atmosfer təzyiqi 757 millimetr civə sütunundan 760 millimetr civə sütununa yüksələcək, nisbi rütubət gecə 80-90, gündüz 65-75 faiz təşkil edəcək.

 Azərbaycanın rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Səhər bəzi yerlərdə duman olacaq, qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 14-19°, gündüz 24-29° isti, dağlarda gecə 5-10°, gündüz 13-18° isti olacağı ehtimal edilir.

Xəbər lenti


Hava
VALYUTA
InvestAZ
Teqvim
Yuxarı