2021-05-19 18:44

Millət Vəkili “Azərişığ”a təşəkkür etdi – FOTOLAR

Goranboy rayonunda olduğumuz müddətdə sakinlərlə görüşüb, vətəndaş qəbulumuzu keçirdik. Qəbulda seçicilərin problemləri ilə maraqlanıb, arzu və təkliflərini dinlədik. Belə müraciətlərdən biri də Goranboy şəhərinin 59-cu məhəllə adlanan ərazisində seçici Nadir Abdullayevin evinin qarşısında olan işıq dirəyinin qəzalı vəziyyətdə olması idi. Təbii ki işıq dirəyinin qəzalı vəziyyəti təkcə Nadir Abdullayev üçün deyil, eyni zamanda o ərazidə məskunlaşan digər sakinlər üçün də təhlükə yaradırdı.

Bu barədə deputat Anar Məmmədov facebook hesabında paylaşım edib. Anar Məmmədovun sözlərinə görə, seçicimizin müraciətini nəzərə alaraq işıq idarəsinin rəisi ilə əlaqə saxladıq, əməkdaşlarını nasazlıq olan hissəyə ezam etdilər və problem öz həllini tapdı. Problemə operativ reaksiya verib nasazlığı tez bir zamanda aradan qaldırdığına görə "Azərişıq” rəhbərliyinə təşəkkürümüzü bildiririk – deyə millət vəkili bildirdi.

Xəbər lenti


Hava
VALYUTA
InvestAZ
Teqvim
Yuxarı