2021-05-19 14:40

Misli görünməmiş saxtakarlıq

Gəncədən xaricə getmək istəyən 96 sərnişində COVID-19 arayışı saxta çıxdı

Gəncədən xaricə getmək istəyən 96 sərnişində COVID-19 arayışı saxta çıxdı
Oxunma sayı: 2238

Məlumat verilir ki, Gəncə Hava Limanında Gəncə -- Sankt-Peterburq aviareysi ilə səyahət etmək istəyən 96 sərnişinin COVID-19-la əlaqəli təqdim etdiyi tibbi arayışlar saxta çıxıb.

Bildirilir ki, sərnişinlərin təqdim etdiyi tibbi arayışların üzərində sənədlərin "Leyla Medical Center” (keçmiş "Leyla Şıxlinskaya” klinikası) və "Oksigen” klinikasından verildiyi qeyd edilib.

Faktla bağlı hüquq-mühafizə orqanları ciddi araşdırmalara başlayıb.

Məsələ ilə əlaqəli "Leyla Medical Center”in mətbuat xidməti Aytaç Kərimli bildirib ki, tibb müəssisələri tərəfindən kimsəyə saxta arayış verilə bilməz.


Xəbər lenti


Hava
VALYUTA
InvestAZ
Teqvim
Yuxarı