2021-05-03 13:40

Paşinyan yenə də baş nazir olacaq?

Ermənistan parlamentinin hakim "Mənim addımım” fraksiyası baş nazir postuna hazırda hökumət başçısının vəzifələrini icra edən Nikol Paşinyanın namizədliyini irəli sürüb.

Bildirilir  ki, "Mənim addımım” fraksiyasının rəhbəri Lilit Makuns parlamentin buraxılması və növbədənkənar seçkilərin keçirilməsi proseduruna başlamaq üçün bu addımın atıldığını bildirib. Onun sözlərinə görə, növbədənkənar seçkilərin keçirilməsi yalnız bir halda – parlament baş naziri iki dəfə seçmədikdə mümkün ola bilər.

Bir qədər əvvəl Nikol Paşinyan ölkədə növbədənkənar parlament seçkiləri keçirmək üçün istefa verdiyini, lakin seçkiöncəsi dövrdə hökumət başçısı kimi fəaliyyətini davam edəcəyini bildirmişdi.

Ermənistan qanunvericiliyinə görə, parlamentə növbədənkənar seçkilər onun buraxılmasından sonra 30 gündən tez və 45 gündən gec olmayaraq keçirilir. Parlamentin buraxılması mexanizmi istefadan sonra formal olaraq işə salına bilər. Deputatlar iki həftə ərzində iki dəfə baş naziri seçməsə, parlament buraxılacaq. Nikol Paşinyanın sözlərinə görə, bunun üçün hakim fraksiya onun namizədliyini iki dəfə irəli sürəcək və onu təsdiqləməyəcək.


Xəbər lenti


Çox oxunan xəbərlər
Hava
VALYUTA
InvestAZ
Teqvim
Yuxarı