2021-04-09 15:02

Erməni həyasızlığı BMT-də də gündəliyə gətirildi

Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurasında minaların zərərsizləşdirilməsi məsələlərinə həsr olunan debatlar keçirilib.

 Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Yaşar Əliyev ölkımizdəki  vəziyyət barədə məruzə ilə virtual açıq debatlarda çıxış edib.

Diplomat öz bəyanatında qeyd edib ki,  partlama təhlükəli fəsadlara malik minalar və əldəqayırma partlayıcı qurğular münaqişə və münaqişədən sonrakı vəziyyətdə olan bir çox ölkələrin gündəlik həyatına öz təsirini göstərməkdə davam edir, bununla da mülki əhali, hərbçilər, sülhməramlı və humanitar heyət üçün ölümcül təhlükə yaradır: " Biz Azərbaycanda minaəleyhinə fəaliyyətin potensialının möhkəmlənməsində Birləşmiş Millətlər Təşkilatının dəstəyini dəyərləndiririk. Azərbaycan Respublikasının 1999-cu ildə yaradılan Minatəmizləmə Agentliyi (ANAMA) BMT-nin İnkişaf Proqramının köməyilə son 20 ildə Azərbaycanda 800 mindən çox mina və digər partlama təhlükəsi olan döyüş sursatlarını zərərsizləşdirərək, 160500-dən artıq məcburi köçkünün doğma evlərinə təhlükəsiz qayıdışının təmin olunmasına yardım edib. Lakin Azərbaycan yerüstü minaların və müharibənin partlama təhlükəli fəsadlarından hələ də əziyyət çəkən münaqişədən sonrakı vəziyyətdə olan ölkələr siyahısına daxildir”.


Xəbər lenti


Çox oxunan xəbərlər
Hava
VALYUTA
InvestAZ
Teqvim
Yuxarı