2021-04-09 14:54

Əsgər valideynləri Ermənistanın Müdafiə Nazirliyini "dağıdırlar"

"Sputnik Ermənistan” xəbər verir ki, itkin düşən əsgərlərin valideynləri nazirliyin binasına girməyə çalışırlar.

Etirazçılar müdafiə naziri Vaqarşak Harutyunyan və Baş Qərargah rəisi Artak Davtyanın binadan çıxaraq onlarla görüşmələrini tələb edirlər.

Bəzi etirazçılar binanın hasarlarına qalxıblar, lakin polis qüvvələri onları endirə bilib.

Hüquq-mühafizə orqanları valideynləri sakitləşdirməyə çalışsa da, bu, nəticə verməyib. Hadisə yerində olan müstəqil millət vəkili Sofiya Hovsepyan nazirlikdə məsələnin həlli ilə bağlı iclas keçirildiyini bildirib.

Xəbər lenti


Çox oxunan xəbərlər
Hava
VALYUTA
InvestAZ
Teqvim
Yuxarı