2021-08-17 13:21

Rusiyali filosof: Ermənilər hər şeyi itiriblər

Beynəlxalq Avrasiya Hərəkatının lideri, rusiyalı filosof Aleksandr Duqin məğlub Ermənistanın bu günü barədə danışarkən deyib:

"Onlar hər şeyi etməyə macal tapdılar, Qarabağda mümkün olan hər şeyi dağıtdılar, Rusiya ilə münasibətləri korladılar, Paşinyanı seçdilər, rəsmi Bakının bütün təşəbbüslərini blokadaya saldılar... Nəticədə hər şeyi itirdilər!

Bəs indi elə həmin Ermənistan hökuməti sizcə ağıllanıb, hansısa qaydalara riayət edəcək? Hazırda Ermənistanda tam ağlasığmazlıq müşahidə olunur. İndi ermənilərdən tez toparlanacaqlarını, özlərinə gələcəklərini və normal xalq olacaqlarını gözləmək real deyil. Odur ki, Azərbaycan səbirli olmalıdır. Hələlik Ermənistan tərəfindən hansısa adekvat addımlar gözləməyə dəyməz".

Xəbər lenti


Çox oxunan xəbərlər
Hava
VALYUTA
InvestAZ
Teqvim
Yuxarı