Dini liderlər Ağdama getdilər

Qafqaz Müsəlmanları İdarəsindən bildiriblər ki, Azərbaycandakı dini konfessiyaların rəhbərlərinin Ağdama səfəri başlayıb.
İşğaldan azad edilmiş bögəmizə gedən heyətdə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə, idarənin Qazılar Şurasının üzvləri, Azərbaycandakı Dağ yəhudiləri icmasının rəhbəri Melih Yevdayev, Bakıdakı Avropa yəhudiləri icmasının rəhbəri Aleksandr Şarovski, Azərbaycandakı Roma Katolik İcmasının rəhbəri Vladimir Fekete və Alban-Udi Xristian dini icmasının sədri Robert Mobili vardır.
Dini icma rəhbərləri yolüstü Bərdədəki Şəhidlər Xiyabanını və Cümə məscidini ziyarət ediblər.