Daha bir müsəlman ölkəsi koronavirusa qarşı mübarizəyə töhfələr verəcək

Dünya mətbuatı yazır ki, Birləşmiş Ərəb Əmirliklərində Çinin "Sinofarm" şirkətinin koronavirus vaksinlərinin ) istehsalına başlanılacaq. Bu məqsədlə 2021-ci ildə paytaxt Əbu-Dabidə yeni zavod inşa olunacaq. Zavodun ildə 200 milyon doza vaksin istehsal etməsi planlaşdırılır.
Xatırladaq ki, BƏƏ-də istehsal olunacaq vaksinlər "Hayat-Vax" adını daşıyacaq.