Azərbaycan "Asiyanın Ürəyi – İstanbul Prosesi”ndə iştirak edir

Xarici işlər naziri Ceyhun Bayramov Tacikistana gedib
XİN-dən verilən məlumatda bildirilir ki, səfər çərçivəsində nazir Ceyhun Bayramovun "Asiyanın Ürəyi – İstanbul Prosesi” 9-cu Nazirlər Konfransında iştirak etməsi, habelə yüksək səviyyəli dövlət rəsmiləri ilə ikitərəfli görüşlər keçirməsi nəzərdə tutulur.