2021-03-03 13:54

Qapanma tədbirləri qaçılmaz olarsa...

Son günlər ölkəmizdə koronavirusa yoluxmaların sayında  müşahidə edilən artım həm qış mövsümündən yaz mövsümünə keçidlə bağlı bədənimizdə olan dəyişikliklə əlaqəlidir. Burada havaların soyuq keçməsinin də təsiri az deyil. 

 Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov bildirib ki, bu gün digər narahatverici məqamlardan biri Novruz bayramı günlərində milli dəyərlərimizdən qaynaqlanaraq insanlar arasında təmasların daha da artmasının qripal xəstəliklərin yayılması üçün daha bir zəmin yaratmasıdır: "Heç bir dövlət sərt qapanmanın tərəfdarı deyil. Amma insan həyatı üçün təhlükə yaradan və ölkədə səhiyyə sisteminə zərər verə biləcək vəziyyətlərlə üz-üzə qaldığımız zaman, əlbəttə ki, məcburiyyət qarşısında bütün dünyada olduğu kimi ölkəmizdə də belə qərarların verilməsi bəzən qaçılmaz olur”.

Xəbər lenti


Hava
VALYUTA
InvestAZ
Teqvim
Yuxarı