Ukraynalı deputat: Xocalı faciəsi əsl soyqırımı faktıdır

KİV xəbər verir ki, Ukrayna Ali Radasının deputatı Lyudmila Marçenko Xocalı faciəsinio soyqırımı adlandırıb.
Deputat deyib: "Xocalı şəhərinin əhalisinə qarşı törədilən cinayətlər xarakterinə və miqyasına görə birmənalı olaraq BMT-nin Baş Assambleyasının 9 dekabr 1948-ci il tarixli 260 saylı qətnamə ilə təsdiq etdiyi "Soyqırımı cinayətinin qarşısının alınması və onun cəzalandırılması haqqında” Konvensiyasının təsiri altına düşür. Bu sənəddə soyqırımının tanınmasının hüquqi əsasları təsbit edilib”.