2021-02-20 14:30

Ermənilərin qovduğu ruslar da qayıdacaq

 Milli Məclisin deputatı, Azərbaycan Rus İcmasının sədri Mixail Zabelin Rusiyanın "Nasionalnaya slujba novostey” informasiya agentliyinin mətbuat mərkəzində keçirilən "Rusiya parlamentarilərinin Dağlıq Qarabağa ilk səfəri” mövzusunda Moskva-Bakı telekörpüsündə məlumat verib ki,  Qarabağın işğaldan azad edilmiş ərazilərində yerləşən evlərinə qayıtmağı arzu edən rus ailələri bu barədə ona müraciət edirlər: 

"Məsələn, Krasnodar diyarından olan iki molokan ailəsi və Azərbaycanın Russkiye Borisı kəndindən olan daha iki ailə əvvəllər yaşadıqları Tərtər rayonuna qayıtmaq arzusunu bildirib."

 M.Zabelin təəssüf hissi ilə qeyd edib ki, həmin ailələr Tərtər rayonunda əvvəllər yaşadıqları kənddən erməni silahlı dəstələri tərəfindən qovulub, kənd özü isə işğal dövründə tamamilə dağıdılıb.

Xəbər lenti


Hava
VALYUTA
InvestAZ
Teqvim
Yuxarı