Rəcəb Tayyib Ərdoğan və Dövlət Baxçalı Şuşaya gələcək

Türkiyə mətbuatı Milliyətçi Hərəkat Partiyasının sədr müavini, Ankaradan deputat Mevlüt Karakayaya istinadən xəbər verir ki, qardaş ölkənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan və MHP sədri Dövlət Baxçalı Şuşaya gələcək. Karakaya Bakı yəəssüratlarını qələmə alarkən yazıb ki, Prezident İlham Əliyev bizi qəbul edərkən "Mən qardaşımsız Şuşaya getmərəm, onunla birlikdə gedəcəyik" -dedi. O həmçinin cənab Dövlət bəyin də Şuşaya gəlməsini arzu etdi və orada da məktəbin təməlinin atılacağını bildirdi".
Xatırladaq ki, fevralın 2-də Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin Milliyətçi Hərəkat Partiyasının sədr müavini, Ankaradan deputat Mevlüt Karakayanı qəbul edib. Mevlüt Karakaya Azərbaycanın işğaldan azad edilən torpaqlarında mədəniyyət və incəsənət təmayüllü məktəbin tikintisi ilə bağlı təşəbbüs barədə dövlət başçısına məlumat verib. Bu xüsusda Azərbaycanın təhsil naziri və digər rəsmi şəxsləri ilə görüşdüyünü bildirib.