2021-02-17 14:58

Ermənilər məğlubiyyətin səbəbini sadə camaatın arasında axtarırlar

Dağlıq Qarabağdakı separatçı rejimin tör-töküntüləri çox əcaib bir həyasızlıq edirlər 

Belə ki, qondarma rejimin "Baş Prokurorluğu” İkinci Qarabağ müharibəsində satqınlıqla bağlı cinayət işi açıb. Guya döyüşlər zamanı bir qrup sakin qarşı tərəfə yardım edib. 

Sadə insanları "dövlətə xəyanət” maddəsi ilə ittiham edənlər unudurlar ki, onların məğlubiyyətinin yeganə səbəbi Azərbaycan Ordusunun daha qüdrətli, əsgərlərimizin isə daha peşəkar olması idi. 

Ekspertlərin fikrincə, Qarabağdakı mülki ermənilərin qanunsuz və əsassız cəzadan qaçmaları üçün bir yolları var: kütləvi formada Azərbaycan vətəndaşlığını qəbul etdiklərini və Azərbaycanın tərkibində yaşamağa hazır olduqlarını bəyan etmək. Azərbaycan dövləti digər vətəndaşlar kimi, heç bir cinayətdə əli olmayan mülki ermənilərin də təhlükəsizliyini təmin edəcək.

Xəbər lenti


Hava
VALYUTA
InvestAZ
Teqvim
Yuxarı