Şuşada gündüz - gecə işıqlar yanacaq

"Azərişıq” ASC işğaldan azad edilmiş ərazilərdə xüsusi dövlət əhəmiyyətli binaların elektrik enerjisi ilə təchizatını "Azərişıq Qarabağda” layihəsi çərçivəsində təxirəsalınmaz tədbirlərlə həyata keçirir.
Məlumat verilir ki, artıq Cəbrayıl, Zəngilan, Qubadlı rayonu və Hadrut qəsəbəsində yerləşən xüsusi dövlət əhəmiyyətli binalar, həmçinin Şuşa şəhəri yeni çəkilən elektrik veriliş xətti vasitəsilə ilkin mərhələdə elektrik enerjisi ilə təmin olunub.