2021-02-17 14:25

Tibb təhsilli gənclər üçün möhtəşəm şans

Müdafiə Nazirliyi işğaldan azad olunmuş ərazilərdə dislokasiya olunan hərbi hissələrin tibb məntəqələrində, eləcə də həmin ərazilərdəki hospitallarda müxtəlif tibbi ixtisaslar üzrə vakant hərbi və mülki vəzifələrdə həqiqi hərbi xidmətə və işə qəbul elan edir.

Nazirliyin mətbuat xidmətindən bildiriblər ki, müddətli həqiqi hərbi xidməti başa vurmuş, tibbi təhsili olan, fiziki cəhətdən sağlam, 35 yaşadək kişilər və tibb təhsili olan, fiziki cəhətdən sağlam, 35 yaşadək qadınlar, həmçinin Azərbaycan Ordusu və ya digər Silahlı Qüvvələr tərkibində hərbi həkim və ya feldşer vəzifələrində xidmət keçmiş və ehtiyata buraxılmış 40 yaşadək zabit və gizirlər hərbi xidmətə və işə qəbul olunmaq üçün müraciət edə bilərlər.

Namizədlər Müdafiə Nazirliyinin Tibb Baş İdarəsinə və ya yaşayış yerlərinin yaxınlığında yerləşən hərbi hissələrə müraciət edə bilərlər. Müraciət edənlərin nəzərinə çatdırılır ki, vakant hərbi və mülki vəzifələrə qəbul tələb olunan tibbi ixtisaslar üzrə həyata keçiriləcək.

Maraqlananlar bazar və bayram günlərindən başqa  hər gün saat 09:00-dan 17:00-dək müraciət edə bilərlər. 

Ünvan: Bakı şəhəri, Biləcəri qəsəbəsi, E.Nəcəfov küçəsi 2A. Əlaqə nömrələri: (012) 406-87-41; (051) 567-47-00.



Xəbər lenti


Hava
VALYUTA
InvestAZ
Teqvim
Yuxarı