2021-02-11 13:39

"Beynəlxalq Türk Dili Günü" təsil ediləcək

KİV xəbər verir ki,  "Beynəlxalq Türk Dili Günü”nün təsis edilməsinə dair yekun onlayn məsləhətləşmələrdə razılıq əldə edilib

 Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən bildiriblər ki, iclasda Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkiyənin UNESCO üzrə Milli Komissiyaları, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası, Türkdilli Ölkələrin Parlament Assambleyası, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı, Türk Mədəniyyəti və İrsi Fondu, Beynəlxalq Türk Akademiyasının rəsmiləri, Türkiyənin aidiyyəti dövlət qurumlarının nümayəndələri iştirak ediblər.

Ölkəmizi sözügedən tədbirdə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Xüsusi tapşırıqlar üzrə səfiri – UNESCO üzrə Azərbaycan Respublikası Milli Komissiyasının baş katibi Elnur Sultanov təmsil edib. O, "Beynəlxalq Türk Dili Günü”nün təsis edilməsi təşəbbüsünün ölkəmiz tərəfindən yüksək qiymətləndirildiyini və məsələnin UNESCO-da baxılması prosesinin intensivləşdirilməsi üçün dəstək verməyə hazır olduğumuzu diqqətə çatdırıb. Baş katib bu təşəbbüsün türkdilli ölkələrin ortaq tarixi və mədəni dəyərlərinin yaşadılması, gələcək nəsillərə ötürülməsi üçün mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.

İclas zamanı "Beynəlxalq Türk Dili Günü”nün təsis edilməsi ilə bağlı məsələlər geniş şəkildə müzakirə edilib, müvafiq iş aparılması və birgə səylərin artırılması barədə razılıq əldə olunub.


Xəbər lenti


Hava
VALYUTA
InvestAZ
Teqvim
Yuxarı