2021-02-09 14:06

Ərəb diplomatları Fələstin üçün toplaşdılar

Mətbuat xəbər verir ki, Misir və İordaniyanın təşəbbüsü ilə Qahirədə Ərəb Dövlətləri Liqasına üzv ölkələrin xarici işlər nazirlərinin təcili iclası keçirilib.

İclasda ərəb ölkələrində vəziyyət, sülhün və sabitliyin təmin edilməsi, xüsusən Fələstin probleminin həlli məsələləri müzakirə edilib. Yekun bəyannamədə vurğulanıb ki, sonuncu problemin "iki dövlət” prinsipi ilə nizama salınması Yaxın Şərqdə davamlı sülhün bərqərar olmasının yeganə yoludur. Belə ki, onlar  paytaxtı Şərqi Qüds olmaqla və 1967-ci il iyunun 4-dək olan sərhədlər çərçivəsində suveren Fələstin dövlətinin yaradılmasını dəstəkləyirər.


 

Xəbər lenti


Hava
VALYUTA
InvestAZ
Teqvim
Yuxarı