İslam elmi İranın dünya tibbinin önünə çıxmasını təmin etmişdir

Yenidən dirçələn İslam
sivilizasiyası elmi-texniki tərəqqiyə yol açır
Ancaq yeni İslam məsələsinin siyasi mövzulara daxil
olması daha mühümdür və İslam ölkələrinin güclənməsi ilə bu mövzu siyasi ədəbiyyatda
özünə yer tutur. Daxilində siyasi və mədəni dialoqları olan İslam
sivilizasiyası İslam ölkələrinin onun gözəl naxışları rolunu oynayan xalça
kimidirlər.
İran, Türkiyə, Malayziya, Pakistan və
digər güclü İslam ölkələrinin olması, siyasi rasionallıq, aralarında olan müştərəklik,
onlarda olan elm və texnologiya inkişafı insanda aşağıdakı sualları yaratmış
olur:
1) Həqiqətənmi dünyada yeni islam sivilizasiyası
formalaşmaqdadır?
2) Keçmiş islam sivilizasiyalarının yeni islam
sivilizasiyası ilə fərqi nədir?
3) İslam ölkələrinin yeni islam sivilizasiyasında
rolu nədir?
4) Yeni islam sivilizasiyasının modern Qərb
sivilizasiyası ilə fərqi nədir?
5) Yeni islam sivilizasiyasında siyasi
rasionallığın yeri haradadır?
6) Yeni islam sivilizasiyası qədim islam
sivilizasiyasının dirildilməsidir, yoxsa, yeni xüsusiyyətlərə malikdir?
Bildiyimiz kimi İslam sivilizasiyası müxtəlif dövrləri
arxada qoymuşdur. Onlardan aşağıdakılara işarə etmək olar:
a) Təməl qoyma və islam sivilizasiyasının yaranması
(İslam Peyğəmbərinin (s) bərəkətli həyatı dövrü);
b) İmam Sadiqin (ə) əzəmətli elmi hərəkatı dövrü,
islam sivilizasiyasının təməli qoyulan dövrə birləşik dövr;
c) Hicri IV-V əsrlərdə olan parlaq sivilizasiya;
Bu dövrə Qərb
alimlərindən olan Adam Metezin dediyi kimi İslam renesansıdır və İmam Muhəmməd Baqir (ə) və İmam Cəfəri Sadiqin (ə)
elmi hərəkatına borcludur. Bu dövrdə Xarəzmi, Zəkəriyya Razi, Əl-Farabi, Əbu
Reyhan Biruni, İbn Sina və İbn Rüşd kimi alimlər olmuşlar.
Dörd əsr ardıcıl islam sivilizasiyasının enişi,
Səvəfi əsri və islam aləmində elmin inkişafı,
Səfəvilər dövründə islam sivilizasiyası şiə təfəkkür
və mədəniyyətinin sayəsində yenidən dirçəldi. Şeyx Bəhayi, Mir Damad, Əllamə Məclisi
və Molla Sədr kimi alimlərin ortaya çıxması buna sübutdur.
İran İslam
Respublikasının Ali Dini Rəhbəri yeni islam sivilizasiyasının yaranmasını islam
ümmətinin nizamlı və yeni hədəfli maddi və mənəvi inkişafların yaranmasında
bilirlər və bunlar islam təlimlərinin əsasında bütün ictimai cəmiyyətlərdə öz məqsədlərinə
yaxınlaşır.
Belə bir sual meydana çıxır ki, islam dünyasında
yeni islam sivilizasiyasının yaranmasının əlamətləri görünür? Cavabında demək
lazımdır ki, islam sivilizasiyasının parlaq keçmişinə nəzər salsaq, islam ümməti
arasında mühüm mənəvi bir dəyərdir. Özünə inam, etimad, güclü iradə, güclü və təhlükəsiz
islam dövlətlərinin yaranması bir çox islam ölkələrində yeni sivilizsiya əsası
olaraq istehsal qüdrəti və islam yaşayış tərzi və onun dünyada yayılması, yeni
islam sivilizasiyası atmosferi kimi günbəgün zəifləyən Qərb sivilizasiyasının rəqibi
olaraq müxtəlif sahələrdə zəifliklərə və hədələrə qələbə çalmaqla, elm və
texnologiya istehsalı ilə bugünkü dünyada yeni islam sivilizasiyasının
formalaşması mümkündür.
Yeni islam sivilizasiyasının xüsusiyyətlərindən
dinin əsas olması, nizamlı dini fikirin olması ədalətin əsas olması, zülmə
qarşı olmaq, tədrici olması, elmpərəst olması, abadlıq sevməsi və kasıbçılığa
qarşı çıxması, yaradıcı və yenilikçi olması, yüksəliş sevən olması, insan tərbiyə
edən, sülhpərvər, sakitlik sevən və hamıya aid olması kimi xüsusiyyətləri qeyd
etmək olar.
Belə bir sual da ortaya çıxa bilər: Niyə islam
sivilizasiyası ilə qeyri-islam sivilizasiyası arasında fərq qoyulur? Cavabında
yeni islam sivilizasiyasının sekulyar Qərb sivilizasiyası ilə aşağıdakı fərqlərini demək olar:
1. İslam sivilizasiyasına hakim təfəkkür islam
dünya görüşünə söykənir və onun yaradılışa, Qiyamətə, səadətə və s... münasibəti
fərqlidir.
2. İslam sivilizasiyasının qanun və nizam əsasları
sekulyar və humanist sivilizasiyanın əksinə olaraq islam şəriətidir.
3. İslam sivilizasiyası və sekulyar sivilizasiyanın
tərəqqi mövzusunda fərqləri. İslam sivilizasiyası inkişafı və ədaləti hamıya
aid bilir və cəmiyyətə hakim ruhun dini mədəniyyət qələmə verir.
4. İslam sivilizasiyasının məqsədlərində dünyanın əsil
olmasını inkar edərək ölümdən sonrakı əbədi həyatı önə çəkir, sivilizasiyalı
islam cəmiyyəti insanın əbədi həyat yoluna çevrilir.
Sivilizasiyalar adətən bir və ya bir neçə nöqtədə
çiçəklənirlər və sonralar başqa bölgələrə yayılırlar. Bu gün İran İslam Respublikası
yeni islam sivilizasiyasının mərkəzi və çiçəkləndiyi yerdir, bu sivilizasiyanın
islam dünyasının digər nöqtələrinə sirayət etməsi mümkündür. Biz Türkiyə və
Malayziya kimi digər islam ölkələrində islam sivilizasiyası meydanı kimi islam
sivilizasiyanının bariz nümunələrini müşahidə edə bilərik. Bununla belə yeni
islam sivilizasiyası digər ölkələrə də yayıla bilər.
Bu gün İslam dünyasının hər bir ölkəsi islam
sivilizasiyasında öz rolunu oynayır və bir çox şəhərlər inkişaf mərkəzləri ola
bilər. Bəzi şəhərlər və məkanlar tarixi keçmişi və sivilizasiya tirixinə görə
öncül ola bilərlər. Elm, qüdrət, alim, texnologiya və digər yeniliklərdə öncül
ola bilərlər.
İslam dövlətləri arasında əməkdaşlıq nə
qədər çox olarsa yeni islam sivilizasiyası da daha tez və rahat formalaşar və dünyada islam sivilizasiyası əsərləri
nə qədər çiçəklənərsə dünya islam ümməti üçün daha təhlükəsiz, sağlam və rifah
içində olar. İslam sivilizasiyasında düşüncə, dialoq, sülh şəraitində yaşamaq mədəniyyəti
islam təfəkkürünə əsasən daha da çoxalacaq və dini və siyasi rasionallıq ona
hakim olacaqdır. Ancaq bu sivilizasiya həmin qədim sivilizasiyadır ya yox
sualının cavabında müxtəlif cavablar vardır, ancaq onların oxşarlıqlarını nəzərə
almamaq olmaz. Lakin onlar bir olmayacaqlar, çünki zamanə fərqli, elm və
texnologiyanın inkişafı yeni dünyada daha çox fərqlidir.
Qurbanəli PURMƏRCAN,
İran İslam Respublikasının Azərbaycandakı
Səfirliyinin Mədəniyyət Mərkəzinin sədri