Qarabağ kitabxanalarına hədiyyələr kampaniyası genişlənir

Mirzə Fətəli Axundzadə adına Azərbaycan Milli Kitabxanasında işğaldan azad olunan bölgələrdə 90-cı illərin əvvəllərinədək fəaliyyət göstərmiş kitabxanaların kitab fondlarının bərpası ilə əlaqədar kitab toplama kampaniyası davam edir.
Bildirilir ki, Mədəniyyət Nazirliyi ilə Milli Kitabxananın birgə keçirdiyi kitab toplama kampaniyasına qoşulan daha bir ziyalımız, yazıçı-publisist, tarixi romanlar müəllifi, Əməkdar mədəniyyət işçisi Yunus Oğuz olub.