Parlamentarilərimiz AŞPA-nın qış sessiyasında

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) hibrid formatda keçirilən qış sessiyasında Milli Məclisin AŞPA-dakı daimi nümayəndə heyətinin rəhbəri, beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovun başçılıq etdiyi nümayəndə heyəti ilə təmsil olunur.
Qış sessiyası zamanı COVID-19 pandemiyasına qarşı peyvəndlə bağlı müzakirələr aparılacaq. Təşkilata üzv ölkələrdə QHT-lərin fəaliyyətində məhdudiyyətlər, eləcə də xroniki və uzun müddətli xəstəlikləri olan insanlara qarşı ayrı-seçkilik və digər məsələlər də sessiyanın gündəliyində yer alıb.