2021-01-22 14:19

Futzalçılarımız Avropa çempionatında

Fevralın 2-də futzal üzrə Avropa çempionatının seçmə qrup mərhələsi çərçivəsində keçiriləcək Yunanıstan–Azərbaycan oyunu Niderlanddan olan hakimlərə tapşırılıb.

 Azərbaycan Futzal Federasiyası xəbər verir ki, görüşün birinci hakimi İbrahim El Jilali, ikinci referisi isə Lars Van Leeuven olacaq. Üçüncü hakim və saniyəölçən isə yerli federasiyanı təmsil edəcək.

Qeyd edək ki, matç Afinadakı "Daiss Sports Hall”da Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Xəbər lenti


Hava
VALYUTA
InvestAZ
Teqvim
Yuxarı