2021-01-08 14:46

Deputat: Nikol Paşinyan da "xəstələnəcək"



Ermənista rəhbərləri Azərbaycan tərəfi ilə danışıqlarda həmişə uduzduqlarına görə bu təmaslardan daim qaçıblar. Serj Sarkisyan hətta  olduqca iyrənc və utancverici bir bəhanə ilə görüşdən qaçmışdı.

Milli Cəbhə Partiyasının sədri, deputat Razi Nurullayev mövzu ilə bağlı mətbuata verdiyi müsahibədə deyib ki, təsdiq olunmamış məlumata görə  yanvarın 11-də Azərbaycan, Ermənistan və Rusiya rəhbərləri arasında üçtərəfli görüş keçiriləcək. Təbii ki, bu da 10 noyabrda üçtərəfli anlaşmanın davamı olacaqdır: "Birinci növbədə qeyd etmək lazımdır ki, bundan sonrakı danışıqlarda hansı qərar qəbul olunursa- olsun, bunun heç bir halda Azərbaycanın əleyhinə olması gözlənilmir. Çünki Azərbaycan Ermənistanla sərhədlərini müəyyənləşdirib və müəyyənləşdirməkdədir. Hazırda ərazilərimizdə qanunsuz erməni silahlı birləşmələri var. Onlar Azərbaycan ərazisindən çıxarılmalıdır. Bunun üçün də kommunikasiyaların açılmasından, əsirlərin dəyişdirilməsindən, iqtisadi, siyasi ilişkilərin bərpa olunmasından öncə Azərbaycan tərəfin ilk növbədə ortaya atacağı məsələ qanunsuz birləşmələrin tərk-silah edilməsidir".

Deputatın fikrincə, bundan sonra nə baş verirsə-versin, proseslər Azərbaycanın xeyrinə  cərəyan etməlidir. Bunun başqa yolu yoxdur. Paşinyan bu cür sənədlərə imza atanda, razılaşmalara gedəndə, təbii ki, ölkəsində vəziyyəti pisləşəcək. Ola bilsin ki, görüş olsun, amma bir nəticə əldə olunmasın, yaxud nəticə əldə edilsin, sadəcə, açıqlanmasın. Paşinyan yəqin ki, bu nüansları nəzərə alaraq özünü xəstəliyə vuracaq, yaxud müxtəlif yollara əl atacaq.

Xəbər lenti


Hava
VALYUTA
InvestAZ
Teqvim
Yuxarı