2021-01-06 12:44

Qoz ağacı, ağacdələn və ... yemlənənlər

Qoz ağacı, ağacdələn və "yemlənən” … soydaşlarımız

Kənddəki bağımızın kənarında qocaman bir qoz ağacı var idi. Əsas budaqları çoxdan qurumuşdu. Bəzi budaqları isə hər yaz yarpaqlanır, tezliklə yarpaqlar saralıb tökülür və ağac bar vermirdi. Bir ağacdələn yay-qış, səhər - axşam  bu fağır ağacın gövdəsini döyəcləyirdi.

Nəhayət, atam bir il orada yeni ağac əkmək üçün həmin xəstə qoz ağacını kəsdi, budaqlarını doğradıq, kötüyünü isə tikinti materialı kimi istifadə eləmək üçün texnika ilə sürüyüb həyətə gətirdik. Ertəsi gün, səhər duranda gördüm ki, ağacdələn başı, ayağı, budaqları kəsilmiş ağacı döyəcləyir.

Mənim quşa maraqla baxdığımı görən atam dedi: -- Məqsədi ancaq yemlənmək olanlar üçün ağacın ayaq üstdə və ya kəsilmiş vəziyyətdə olmasının fərqi yoxdur.

… Həmin həqiqətin təsdiqi ilə  əlli il sonra rastlaşdım. Dünyanın bütün xalqları kimi bizim əhalimiz də koronavirusun əlində əsir-yesir olub. Yeganə məqsədi yemlənmək olan dərman dəllalları isə böyrü üstdə yıxılmış xəstələrin cibini döyəcləyrlər.

Xəbər lenti


Hava
VALYUTA
InvestAZ
Teqvim
Yuxarı