2020-12-30 12:57

Təbrik edilməli çox ünvanlar var

Təbrik etməli kim var ki? – deməyin

Yeni əsrin ikinci onilliyini də başa vurduq. 2020-ci il öz ağrı –acıları ilə tarixə döndü. Amma bu tarix əvvəlki illərin yaratdığı tarixə qətiyyən bənzəmir. 20-ci il  dünya azərbaycanlıları üçün Möhtəşəm Qələbə ili oldu. Bu tarixi heç zaman unuda bilmərik. Çoxsaylı şəhidlərimizin olduğuna və koronavirusun ağır nəticələrinə görə Yeni ili böyük  təntənə ilə qeyd edə bilməsək də, bir-birimizi təbrik etməyə əsasımız və haqqımız var.

Dünən bir həmkarımız zamanın sıxıntılarından – şəhid ailələrinin göz yaşının qurumadığına görə, COVİD-in israrla davam etməsi səbəbindən, ya nədənsə gileylənərək dedi: Təbrik etməli kim var ki?

Yox qardaş, düz demirsən. Təbrik etmək üçün ailə üzvlərimiz, əzizlərimiz, əqrabamız, həmkarlarımız, qonşularımız, dostlarımız, tələbə yoldaşlarımız  var.

Şəxsən mən Azərbaycan əsgərlərini və bütün hərbçilərimizi bu bayramlar münasibətilə təbrik edirəm!

Mən koronavirusla amansız müharibənin cəfakeş əsgərləri olan həkimlərimizi təbrik edirəm!

Koronavirusa yoluxub minbir sualla üz-üzə qalmış soydaşlarımıza şəfa diləyir və dözümlü, səbrli olmalarını arzulayıram!

Cəbhənin ən ağır nöqtələrindən belə telexəbər və ya reportajlar  hazırlayaraq həyatını təhlükə altına atan jurnalist həmkarlarımızı təbrik edirəm!

Gözü yolda olan əsgər analarının övladlarının sağ salamat qayıtmasını arzu edirəm.

Şəhid analarına baş əyirəm!

Bizim və övladlarımızın sabahı olan Şəms Qaçaylı və David Qaçayev başda olmaqla bütün nəvələri Yeni il münasibətilə təbrik edirəm!

Hamıya xoş günlər qismət olsun! Yeni təqvim iliniz mübarək!

 

Xəbər lenti


Hava
VALYUTA
InvestAZ
Teqvim
Yuxarı