2020-12-17 09:33

Rusiya cinayətkar qruplaşma üzvləri saxlanıldı

İspaniya polisi Avropolla birlikdə əməliyyat keçirib.

Axar.az xəbər verir ki, əməliyyat nəticəsində 23 nəfər saxlanılıb və onların hamısı Rusiya cinayətkar qruplaşmaları ilə əlaqəli pul vəsaitlərinin yuyulmasında şübhəli biliniblər.

Polis bu şəbəkənin İspaniya iqtisadiyyatının əsas sektorlarını nəzarət altına almağı və dövlət müəssisələrinə sızmağı planlaşdırdıqlarını açıqlayıb. Bunun üçün onların böyük miqdarda rüşvətlər ödədikləri də qeyd edilib.

Saxlanılanlar arasında 8 Rusiya, 2 Ukrayna, 1 Qazaxıstan, 1 Əlcəzair, 11 İspaniya vətəndaşının olduğu bildirilib. Polis bunu İspaniyanın son 10 ildə rus mafiyasına qarşı həyata keçirdiyi ən böyük əməliyyat adlandırıb.

Xəbər lenti


Hava
VALYUTA
InvestAZ
Teqvim
Yuxarı