2020-11-30 13:37

Türkiyəli deputatlardan beynəlxalq hüquqa hörmət və ehtiram

s Milli Məclisin Azərbaycan --Türkiyə parlamentlərarası dostluq qrupunun rəhbəri, akademik Əhliman Əmiraslanov deyib ki, qondarma "Dağlıq Qarabağ respublikası”nın  Ermənistanın özü tərəfindən tanınmadığı halda, Fransa Senatı həqiqətdən uzaq qərar qəbul edir. Türkiyə və Azərbaycan əleyhinə bu cür addımlar atanların Türkiyə Böyük Millət Məclisi və Türk milləti adından qınanması tamamilə ədalətli mövqesir: "Türkiyə bizim üçün nəinki hərbi, siyasi və iqtisadi cəhətlərdən ən yaxın strateji müttəfiqimiz, həm də dost və qardaş ölkədir. Bu bəyanatla Türkiyə Parlamenti hər dəfə olduğu kimi, həm ölkəmizin haqlı mövqeyinin, həm də beynəlxalq hüququn müdafiəçisi kimi çıxış etdi. Azərbaycan --Türkiyə Parlamentlərarası dostluq qrupu adından qardaş ölkədəki həmkar dostlarıma dərin minnətdarlığımızı bildiririk. Tarixi köklərimizdən gələn və iki dövlət liderinin möhkəmləndirdiyi dostluq və qardaşlığımız əbədidir".

Xəbər lenti


Hava
VALYUTA
InvestAZ
Teqvim
Yuxarı