2020-11-27 10:37

Türk əsgərləri Qarabağa mütləq gələcəklər

Türkiyə Milli Təhlükəsizlik Şurasının toplantısında Azərbaycanla bağlı müzakirə keçirilib. 4 saat yarım davam edən toplantıdan sonra yayılan açıqlamada bildirilib ki, 8 bənd üzrə müzakirə olunan məsələlər arasında Qarabağla bağlı son hadisələrə də yer verilib: "Bu çərçivədə imzalanan atəşkəs razılaşmasının həyata keçirilməsi, Azərbaycanın ərazi bütövlüyünün tamamilə bərpası, Cənubi Qafqazda , geopolitik vəziyyət, daimi sülhə nail olunması məsələlərində Türkiyənin rolu barədə geniş müzakirələr aparılıb”.

Bu toplantının ardından türk ordusunun nə zaman Azərbaycana gələcəyi ilə bağlı müzakirələr daha da qızışıb. Tarixi gəlişin dekabrın ilk ongünlüyündə reallaşacağı bildirilir. Artıq bu istiqamətdə bəzi müəmmalar aradan qalxmağa başlayıb. Mehmetcik Şuşada, Laçında və Kəlbəcərdə yerləşəcək. Nə qədər gülməli görünsə də, ermənilər tarixdən çıxış edərək türkiyəli hərbçilərin Dağlıq Qarabağın daxilində yerləşməsindən qorxurlar.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla rusiyalı həmkarı Vladimir Putin arasındakı telefon danışığından sonra qardaş ölkə bu vəziyyəti anlayıb. Məhz bu səbəbdən türk əsgərləri təkcə Şuşada deyil, Kəlbəcər və Laçında da yerləşəcək.

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, sabiq deputat Fərəc Quliyev hesab edir ki, ermənilər mövcud vəziyyətlə razı deyillərsə, yaşamaq üçün Qarabağa gəlməsinlər: "Ermənilər nədənsə qorxa bilərlər. Biz dövlət siyasətimizi düşmənin duyğuları üzərində qurmuruq. Azərbaycanın maraqları var və hər kəs də proseslərin ölkəmiz daxilində getdiyini, bunun daxili işimiz olduğunu ifadə edir, qəbullanır. Hətta Rusiya bunu dəfələrlə bildirdi. Türkiyənin burada iştirakı ilə bağlı da mövqeyi olub ki, müttəfiqlərini Azərbaycanın özü seçir. Azərbaycan ərazisində kimin harada olmasını Azərbaycan özü müəyyən edir. Biz ilkin mərhələdə mehmetciklərin Şuşa, Laçın və Kəlbəcərdə yerləşəcəkləri barədə məlumatlar alırıq. Bu birinci mərhələdir. Sonrakı mərhələdə Azərbaycan istədiyi yerdə türk ordusunun fəaliyyətini müəyyənləşdirə bilər. Ermənilər istəsələr də istəməsələr də, mülki idarəetməni biz edəcəyik. Bunu vasitəçilər, sülhməramlı qüvvələr etməyəcək.

Xəbər lenti


Hava
VALYUTA
InvestAZ
Teqvim
Yuxarı