Qələbə soraqlı sətirlər Fəxr elə əsgər ki, bizimdir ŞUŞA...

Fəxr elə əsgər ki, bizimdir ŞUŞA...
İttifaq
MİRZƏBƏYLİ
Ağlama əsgər
anası, şux dayan,
Bax, önündə
arzulardı qaynayan.
Öz oğlundur indi yallı oynayan --
Can gəlibdi hər çəmənə, hər daşa --
Fəxr elə Əsgər
ki, bizimdir Şuşa!
***
Ağdama bax,
durdu, dözdü ər kimi,
Doğdu Günəş Cəbrayıla
zər kimi,
Qalxan oldu
Murov da Tərtər kimi,
Layiqdır hər dağ-düzümüz
alqışa
Fəxr elə Əsgər
ki, bizimdir Şuşa!
***
Sar qovuldu Xarı bulbul elindən,
Yer-göy tutur
bir-birinin əlindən .
Türk sözü var
milyonların dilində --
Sanki giribdir
döyüşə min Paşa
Fəxr elə Əsgər
ki, bizimdir Şuşa!
***
Qarabağda ağ
yazıldı fərmanım --
Natəvanın
sevincidir dərmanım.
Cıdır düzü, Xan
səsidir dastanım,
Baş əymədik yüz
borana, min qışa
Fəxr elə Əsgər
ki, bizimdir Şuşa!