2020-11-24 12:16

Erməni ekspert: Ölkəmizdə heç bir islahat aparılmayıb, ancaq populist fikirlər səsləndirilib

Erməni iqtisadçı ekspert Tadevos Avetisyan "Lragir.am”a müsahibəsində ölkəsindəki vəziyyəti belə qiymətləndirib:

"Dövlət borcu artır. Bu şəraitdə başqa bir amil də vacibdir - iqtisadi tənəzzül və tənəzzül gözləntiləri. Müharibədə məğlubiyyət və COVID-19-a qarşı faktiki olaraq uğursuz mübarizə də nəzərə alınmalıdır”.

Avetisyanın sözlərinə görə, insanlar artıq aktivlərini və resurslarını yenidən qurmağa başlayıb: "Vətəndaşların dollar almaq üçün dram depozitlərini geri götürmələri ilə bağlı banklara müraciət etmələri barədə məlumat var. Bu, ciddi zərbə olacaq, çünki həm dram, həm dollar, həm də avroya əlavə tələbat yaranacaq. Bu da inflyasiyaya səbəb olan mühüm amildir”.

İqtisadçı ekspert deyir ki, müharibə zamanı intervensiyalar hazırda iqtisadiyyata ayrılacaq vəsaitin olmamasına gətirib çıxarıb: "Ehtiyatda olan 500 milyon dollar çoxdan tükənib. Bu o deməkdir ki, tezliklə bizdə valyuta böhranı olacaq ki, bu da maliyyə bazarına təsir göstərəcək. Hazırkı vəziyyət 2,5 illik iqtisadi siyasətin nəticələridir. Və hökumətin vəziyyəti düzəltmək üçün sadəcə ehtiyatları yoxdur”.

Avetisyanın fikrincə, vəziyyət sosial gərginliyə səbəb ola bilər və bunun səbəbi hökumətin siyasətindədir: "COVID-a qalib gəlinməyib, çünki 2,5 il ərzində uğursuz iqtisadi siyasət həyata keçirdik. İslahatlar həyata keçirilməyib, iqtisadi potensial inkişaf etməyib, sırf populist addımlar atılıb”.

Xəbər lenti


Hava
VALYUTA
InvestAZ
Teqvim
Yuxarı