2020-11-24 12:03

Vəhşi barbarların təhqir etdiyi Ağdam Məscidində Məkkədən gətirilmiş "QURAN"

 Bu xoşbəxtliyi bizə ALLAH nəsib etdi


Dövlət başçımız Ağdam Məscidini ziyarət edərkən dedi: 

Bu gün mən Ağdam məscidinə Məkkədən gətirdiyim "Qurani-Kərim”i bağışladım. Mən xoşbəxt adamam ki, dörd dəfə Məkkə ziyarətində olmuşam. Bir dəfə rəhmətlik atamla, üç dəfə isə Prezident kimi. Xoşbəxtəm ki, mən ailə üzvlərimlə bərabər müqəddəs Kəbənin içində dualar etmişəm. Hər bir insanın ürəyində nə varsa, mənim ürəyimdə də eyni duyğulardır. Etdiyim duaların arasında birinci duam torpaqlarımızın işğaldan azad edilməsi idi. Allahdan xahiş edirdim, mənə güc versin ki, biz torpaqları işğalçılardan azad edək, o xoşbəxtliyi bizə nəsib etsin, biz yenə də dədə-baba torpağımıza qayıdaq.
Xəbər lenti


Hava
VALYUTA
InvestAZ
Teqvim
Yuxarı