2020-11-23 14:13

Salam, AĞDAM!

Ağdamlılar üçün dünyanın mərkəzi

Bura ağdamlılar üçün dünyanın mərkəzidir...
Oxunma sayı: 4907

Bəzən çıxılmaz vəziyyətdə olanda, ən yaxınındakı şəxs sənə təsəlli verir - "Həyat sürprizlərlə doludur və nə zaman nə baş verəcəyini bilə bilməzsən" deyir. Artıq o an yetişmişdi... Bu, həqiqətən də möcüzə, ən böyük sürpriz və eyni zamanda reallıqdır.

Çəkiliş qrupumuz bu dəfə Ağdamdadır, özü də düz mərkəzində. Bura ağdamlılar üçün dünyanın mərkəzidir. Biz buranı iki ay öncəyə qədər köhnə şəkillərdə görürdük. Şəkillərdəki kimi elə hər şey bu şəkildə idi - hər yer dağıdılıb, bir dənə də olsun, salamat ev, daş üstündə daş qalmayıb. Artıq təsəvvür etmirik, öz gözlərimizlə görürük ki, erməninin kini, nifrəti ağdamlıları doğma yurdundan didərgin salması ilə bitməyib, daşdan, dəmirdən də qisas alıblar. Bu azmış kimi, Ağdamın mərkəzinə gedən yolu da çıxarkən minalayıblar. Düşməni tanıyırıqsa, buna qətiyyən təəccüblənmirik. 

Elə buna görə də, noyabrın 20-də rəşadətli Ordumuz Ağdama daxil olarkən, əvvəlcə mərkəzə qədər yollar minalardan təmizlənib, gediş-gəliş üçün təhlükəsizlik təmin olunub. Elə biz də həmin yolla gəlib çıxdıq Ağdamın mərkəzinə.

Xəbər lenti


Hava
VALYUTA
InvestAZ
Teqvim
Yuxarı