2020-11-07 18:38

Millət vəkili düşməni təslim olmağa çağırdı

Bu gün Azərbaycan Ordusunun 30 ildir işğalda olan torpaqlarımızı azad etməsi istiqamətində başladığı əməliyyatlar göstərir ki, Ermənistanın təslim olmaqdan başqa yolu yoxdur. Ermənistan isə ənənəvi taktikasına uyğun olaraq, dünyanın bir çox ölkələrindən terrorçuları öz ölkəsinə və hələ də işğal altında olan Azərbaycan torpaqlarına cəlb etməklə işğal faktını uzatmağa, işğalçılıq siyasətini davam etdirməyə çalışır. Belə gedişatı biz hələ 1990-1994-cü illərdə, birinci Qarabağ savaşı zamanı eşitmişdik. O zaman da Ermənistan Azərbaycana qarşı törətdiyi hərbi cinayətlərdə, işğalçlıq və soyqırım əməllərində Suriyadan, Livandan, digər ölkələrdən gətirdiyi muzdlulardan gen-bol istifadə edib. Həmin canilərin kimlikləri isbat olunub, bəziləri döyüşlərdə məhv olub, ələ keçib.
Azərbaycan ordusu qarşısında döyüş meydanında aciz vəziyyətə düşən işğalçı ölkə yenidən nicat yolunu terrorçularda və muzdlu döyüşçülərdə görür. Hansı ki həmin muzdlular Azərbaycana qarşı Ermənistan ərazisində deyil, Qarabağda, bizim ölkəmizdə döyüşlərə cəlb ediliblər. Faktiki olaraq onlar Azərbaycan sərhədlərini qanunsuz olaraq keçərək Qarabağa gətiriliblər. Bunun özü də bir ayrıca cinayətdi. Bu, bir sıra ümumbəşəri prinsiplərin, konkret olaraq, 1949-cu ildə qəbul edilmiş Cenevrə Konvensiyasının birbaşa və açıq şəkildə pozulmasıdır. Bu əmələ yol verən muzdluların məsuliyyətə cəlb edilməsi, cəzalandırılması həm onların cinayətlərinə məruz qalan ölkənin qanunvericiliyinin, həm də Cenevrə Konvensiyasının birmənalı tələbidir.
Məlum olduğu kimi, son günlərdə işğaldan azad olunmuş Zəngilan rayonu ərazisində Ermənistan Milli Təhlükəsizlik Xidmətinin istifadəsində olmuş binada baxış zamanı bəzi sənədli materiallar aşkarlanıb. Həmin materiallar təhlil olunarkən, onların arasında Suriya vətəndaşlarına aid siyahı və pasportların surətlərinin olduğu müəyyən edilib. Bu fakt bir daha təsdiq edir ki, Ermənistan ordusunda muzdlu döyüşçülər, əsasən də terrorçular kifayət qədərdir. Hətta siyahıda adları qeyd olunmuş 60 suriyalı erməni (cəmi 19 ailə) işğal olunmuş ərazilərdə Ermənistan tərəfindən aparılmış qanunsuz məskunlaşma prosesində Zəngilan rayonu ərazisinə köçürülüb. Lakin bütün bunların fonunda görünən odur ki, ermənilər muzdlulardan istifadə etdiklərini hər vəchlə gizlətməyə çalışır və öz etdiklərini informasiya manipulyasiyası vasitəsilə qlobal ictimai rəyə yanlış formada təqdim etməklə guya terrorçuları Azərbaycanın cəlb etdiyi fikrini yaratmağa çalışırlar. Lakin həm onların meyitlərinin döyüş meydanında qalması, həm də texnoloji inkişafın müşahidə imkanlarının köməkliyi ilə bu cür canilərin hərəkət trayektoriyası gizli qalmır və ifşa olunur.
Ermənistan tərəfindən fərqli olaraq isə Azərbaycan beynəlxalq hüququn bütün qanunlarına riayət edir və öz nizami ordusunun köməkliyi ilə bütün işğal olunmuş torpaqlarda zəfər bayrağını dalğalandırır.

Xəbər lenti
Azə
2020-11-25
Salam, AĞDAM!
2020-11-23

2020-11-21


Hava
VALYUTA
InvestAZ
Teqvim
Yuxarı