2020-11-03 12:31

“Saudi Aramco”nun gəlirləri azalıb

Dünyanın ən böyük neft şirkəti olan "Saudi Aramco”nun 2020-ci ilin ilk doqquz ayı üzrə xalis mənfəəti keçən ilin eyni dövrü ilə müqayisədə təxminən 2 dəfə azalaraq35,015milyard ABŞ dollarına düşüb.

"Report”xəbər verir ki, bu barədə şirkətin açıqlamasında deyilir.

Hesabat dövründə hər səhm üçün seyrəltilmiş mənfəət0,18ABŞ dolları təşkil edib. Ötən il bu göstərici0,34ABŞ dollarına bərabər idi. Şirkətin qazancı 46% azalaraq146,362milyard ABŞ dollarına düşüb.

"Qlobal energetika bazarlarının üzləşdiyi müqavimətə baxmayaraq, iqtisadi fəallığın yaxşılaşması səbəbindən üçüncü rübdə bərpa prosesinin ilkin əlamətlərini gördük”, - relizdə şirkətin rəhbəriAmin Nasserdən sitat gətirilib.

Səudiyyə Ərəbistanın dövlət neft-qaz şirkəti olan "Saudi Aramco”nun 2020-ci ilin ilk doqquz ayında orta gündəlik neft hasilatı9,2milyon barel olub.

Hesabat dövründə ümumilikdə karbohidrogen hasilatı gündəlik12,4milyon barel neft ekvivalenti olub.

Xəbər lenti
Azə
2020-11-25
Salam, AĞDAM!
2020-11-23

2020-11-21


Hava
VALYUTA
InvestAZ
Teqvim
Yuxarı