2020-11-03 12:19

Alberta Azərbaycan Mədəniyyət Cəmiyyətinin təşkilatçılığı ilə yürüş keçirilib

Kanada ictimaiyyətini Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü barədə məlumatlandırmaq məqsədilə Alberta Azərbaycan Mədəniyyət Cəmiyyətinin (ALACS) təşkilatçılığı ilə Kalqari şəhərində dinc etiraz yürüşü keçirilib.

Diasporla İş Üzrə Dövlət KomitəsindənAZƏRTAC-a bildiriblər ki, Azərbaycana qarşı qərəzli və qeyri-obyektiv reportajlar verən "Globe And Mail” və "The Canadian Press” media şirkətlərinin ofisləri önündən başlayan yürüş Kalqari şəhər bələdiyyəsinin binası qarşısında sona çatıb.

Aksiyada təcavüzkar Ermənistan ordusunun Gəncə və Bərdə şəhərlərində dinc əhaliyə qarşı törətdiyi terror aktları pislənib.

Soydaşlarımız Kanada mediasından hadisələri qərəzsiz və reallığa uyğun işıqlandırmağı tələb ediblər.

Aksiyada ermənilərin terrorçuluq hərəkətləri ilə bağlı məlumatların əks olunduğu plakatlar nümayiş etdirilib, "Qarabağ Azərbaycandır!”, "Erməni təcavüzünə son!”, "Media, həqiqəti xəbər ver!”, "Yaşasın Azərbaycan!” kimi şüarlar səsləndirilib.

Sonda Azərbaycan Respublikasının dövlət himni oxunub.

Kanadanın CTV telekanalı yürüşlə bağlı reportaj yayımlayıb.

Xəbər lenti
Azə
2020-11-25
Salam, AĞDAM!
2020-11-23

2020-11-21


Hava
VALYUTA
InvestAZ
Teqvim
Yuxarı