2020-11-02 15:27

Dünyada məşhur olan nəşrin Azərbaycan buraxılışı işıq üzü görüb

Hazırda dünyanın 60-dan çox ölkəsində nəşr edilən məşhur "Muscle and Fitness” jurnalının Azərbaycan burxılışı işıq üzü görüb. Bu barədə aztoday.az-a jurnalın redaktoru Namiq Cəfərli bildirib. Onun sözlərinə görə, əsası Amerika Birləşmiş Ştatlarında tanınmış fitness məşqçi və Beynəlxalq Bodibildinq Federasiyasının qurucusu, mərhum Co Veyder tərəfindən qoyulmuş bir jurnalın Azərbaycan versiyasının redaktoru vəzifəsinə təyin edilməsi onun üçün gözlənilməz olub: "Açığı bu vaxta qədər müxtəlif nəşrlərdə çalışmışam amma nə vaxtsa fitness jurnalının redaktoru olacağımı gözləmirdim. Görünür bu da mənim uzun illərdir ki, bodibildinqlə məşğul olmağımdan irəli gəlib. Lakin buna baxmayaraq hazırda bu jurnalda fəaliyyətim mənim üçün çox maraqlı və məsuliyyətlidir. Düsünürəm ki, oxucular üçün də çox maraqlı olacaq. Jurnal yalnız bodibildin və fitnessın sahəsnə aid deyil. Jurnalda sağlamlıq, mədəniyyət, sağlam qidalanmağın yolları, reklam, müxtəlif xəstəliklərdən əziyyət çəkənlərə önəmli məsləhətlər və xüsusilə də insanlara yaşadıqları çətin həyatlarından zövq alacaq dərəcədə motivasiya verəcək mövzulardan bəhs edilir. "Muscle and Fitness” jurnalının əsasını qoymuş, mərhum Co Veyderin sözləri ilə desək, "Bodibildinq və Fitness yalnız idman zallarında deyil əslində insan şüurunda inqilab edir. İnsanın zəif əzələləri, onun zəif zəka və xarakterindən xəbər verir. Güclü bir bədənə malik olmaq isə şıltaqlıq deyil, sadəcə yaşadığımız qlobal stress dövründə tab gətirmyin yeganə yoludur”” – deyə N.Cəfərli qeyd edib.
Xəbər lenti
Azə
2020-11-25
Salam, AĞDAM!
2020-11-23

2020-11-21


Hava
VALYUTA
InvestAZ
Teqvim
Yuxarı