2020-10-27 14:47

Ermənistan Dağlıq Qarabağda həlak olan hərbçilərinin yeni siyahısını açıqlayıb

Ermənistan hökuməti oktyabrın 27-də Dağlıq Qarabağ münaqişəsində ölən hərbi qulluqçularının növbəti siyahısını açıqlayıb.

Trend-in erməni KİV-lərinə istinadən məlumatına görə, bugünkü siyahıda 35 nəfərin adı yer alıb.

Bugünədək Ermənistan tərəfinin açıqladığı itkilərin sayı 1 009 nəfərə çatıb.

Xəbər lenti


Hava
VALYUTA
InvestAZ
Teqvim
Yuxarı