2020-10-27 11:22

Azərbaycanla danışıqlardan imtina Ermənistan hakimiyyətinin kobud səhvi idi Erməni jurnalist

Azərbaycanla danışıqlardan imtina Ermənistan hakimiyyətinin kobud səhvi idi.

Trend-in məlumatına görə, bunu ABŞ-ın "Stratfor” analitika şirkətinin analitiki, erməni əsilli jurnalist Onnik Krikoryan öz "Twitter” səhifəsində yazıb.

Onun sözlərinə, bütün beynəlxalq icmalçılar Nikol Paşinyanın uğursuzluğa düçar olduğunu hesab edir:

"Bunu yalnız mən belə hesab etmirəm. Bu, millətçiliyi özünə sərf edərkən istismar edən populist siyasətçinin böyük səhvi olub”.

Jurnalist, həmçinin bildirib ki, son zamanlar fikirlərinə görə onun ünvanına təhdidlər səslənir.

Xəbər lenti


Hava
VALYUTA
InvestAZ
Teqvim
Yuxarı