2020-10-23 16:36

"Le Figaro": Paşinyanın vəziyyəti ümidsizdir

Fransanın "Le Figaro" nəşri hazırda Dağlıq Qarabağda həyata keçirilən hərbi əməliyyatlar barədə növbəti yazını dərc edib.

Trend-in məlumatına görə, məqalədə qeyd olunur ki, Ermənistanın baş naziri Nikol Paşinyan Dağlıq Qarabağ münaqişəsinin heç bir siyasi həllinin olmadığını deyərək, insanları könüllü olaraq cəbhəyə yollanmağa çağırıb.

Məqalədə, həmçinin bildirilir ki, Paşinyan şəhər, qəsəbə və kəndlərin yerli rəhbərlərinə, vətəndaş təşkilatları, siyasi partiya, işgüzar dairələrin və könüllü birliklərin rəhbərlərinə müraciət edərək, onları Dağlıq Qarabağ separatçılarına qoşulub, Azərbaycana qarşı döyüşməyə çağırıb. O, cəbhə xəttindəki vəziyyətin separatçılar üçün kifayət qədər ağır olduğunu da etiraf edib və hər kəsi birləşməyə çağırıb.

Xəbər lenti


Hava
VALYUTA
InvestAZ
Teqvim
Yuxarı