2020-10-23 14:24

Türkiyə münaqişədə qeyd-şərtsiz Azərbaycanın yanında olmalıdır

ürkiyə ilə Azərbaycan arasındakı münasibətlər qonşuluqdan daha çox iki qardaş münasibətidir.

Trend-in məlumatına görə, bunu Türkiyə Silahlı Qüvvələrinin keçmiş Baş Qərargah rəisi İlker Başbuğ deyib.

O bildirib ki, Türkiyə Ermənistan-Azərbaycan münaqişəsində qeyd-şərtsiz Azərbaycanın yanında olmalıdır:

"Azərbaycanın Qarabağda həyata keçirdiyi hərbi əməliyyatlar öz torpaqlarının azad edilməsi məqsədi daşıyır. Beynəlxalq hüquq baxımından da bu, haqlı əməliyyatdır. Bundan başqa, unutmaq olmaz ki, 1991-ci ildə başlayan işğal müddətində 20 min azərbaycanlı şəhid olub, mülki şəxslərə yönəlmiş hücumlər nəticəsində doğma yurdlarını tərk etməyə məcbur olan qaçqın və məcburi köçkünlərin sayı 1 milyonu ötüb. Türkiyənin bu müharibədə qeyd-şərtsiz Azərbaycanın yanında olmasından təbii bir şey yoxdur”.

Xəbər lenti


Hava
VALYUTA
InvestAZ
Teqvim
Yuxarı