2020-10-17 15:09

Qoy beynəlxalq ictimaiyyət Ermənistanın barbar hərəkətlərini görsün

Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri və hərbi atteşelər Ermənistan silahlı qüvvələrinin Gəncə şəhərinə raket hücumlarının nəticələrini görmək üçün Gəncəyə yola düşüblər.

Trend-in məlumatına görə, bu barədə Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün "Twitter” hesabında yazıb.

"Diplomatik korpus və hərbi atteşelerlə Gəncəyə gedirik. Qoy beynəlxalq ictimaiyyət Ermənistanın mülki əhaliyə qarşı barbar hərəkətlərini görsün”, deyə H.Hacıyev yazıb.

Xəbər lenti


Hava
VALYUTA
InvestAZ
Teqvim
Yuxarı