2020-10-17 11:40

Hikmət Hacıyev: Gəncədə 10-dan çox mülki şəxs öldürüldü, təxminən 40 nəfər yaralandı

Gəncədə 10-dan çox mülki şəxs öldürüldü, təxminən 40 nəfər yaralandı.

AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev rəsmi Tvitter hesabında yazıb.

O bildirib: "Xilasetmə işləri davam edir. Ermənistanın dövlət terroru siyasətinə son qoyulmalıdır”.

Xəbər lenti


Hava
VALYUTA
InvestAZ
Teqvim
Yuxarı