2020-10-16 14:30

Ermənistan bütün vasitələrlə münaqişənin ərazisini genişləndirməyə çalışır Hikmət Hacıyev

Ermənistan Naxçıvanın Ordubad rayonuna raket zərbəsi endirib.

Trend-in məlumatına görə, bunu Prezidentin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev öz "Twitter” səhifəsində yazıb.

O bildirib ki, bu addım Ermənistanın bütün vasitələrlə münaqişənin ərazisini genişləndirməyə çalışdığını göstərir:

"Ermənistan Azərbaycanın döyüş zonasından kənardakı şəhərlərinə raket atəşi açır. Bütün məsuliyyət Ermənistanın üzərinə düşür"

Xəbər lenti


Hava
VALYUTA
InvestAZ
Teqvim
Yuxarı