2020-10-14 10:58

Ermənilər döyüşlərə uşaqları da cəlb edir

Ermənistan hökuməti Qarabağda iki həftədən çox davam edən döyüş əməliyyatları nəticəsində çoxlu sayda canlı qüvvə itirdikdən sonra uşaqları döyüşlərə cəlb etməyə başlayıb.

Trend-in məlumatına görə, bu barədə videogörüntülər müxtəlif "Telegram” kanallarında yayılıb.

Videolardan görünür ki, Xankəndidə dərs saatında kamuflyaj formalı hərbçilərin nəzarəti altında döyüş hazırlığı təlimləri keçirilir.

Qeyd edək ki, bu, Yerevanın hərbi əməliyyatlara uşaqları cəlb etməsi ilə bağlı birinci fakt deyil. Bu cür hadisələr 1990-cı illərdə davam etmiş birinci Qarabağ müharibəsi zamanı da qeydə alınıb.

Xarici xüsusi xidmət orqanlarının məlumatına görə, Qarabağın yüksək dağlıq rayonlarında və Ermənistanda erməni terrorçularının bir neçə uşaq düşərgəsi yaradılıb. Burada yeniyetmələr döyüşlərdə iştirak etmək məqsədilə psixoloji "beyin yuma” prosesindən keçirilir.

Qeyd etmək lazımdır ki, uşaqların silahlı qüvvələr və digər silahlı dəstələr sırasında xidmət etməsi üçün cəlb olunması beynəlxalq hüquqa əsasən hərbi cinayət hesab olunur.

Xəbər lenti


Hava
VALYUTA
InvestAZ
Teqvim
Yuxarı